|
- Onun budaqları Padşah əsası olacaq qədər gücləndi, Boyu hündür ağaclara qədər ucaldı, Onun çoxlu budaqları ilə Hündürlüyü görünürdü.
- Ancaq onu qəzəblə Kökündən çıxarıb yerə atdılar, Şərq küləyi onun meyvəsini qurutdu, Möhkəm budaqları qoparıldı, Onlar qurudu, Onları od yandırıb-yaxdı.
- O indi Çöldə, quraq və susuz torpaqda əkildi.
- Gövdəsinin bir budağından od çıxdı, Onun meyvəsini yandırıb-yaxdı. Onda padşah əsası olmaq üçün Bir möhkəm budaq da qalmadı”. Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq».
|
|