|
- İmkan verdim ki, hər ilk doğulan övladı oddan keçirərək qurban etdikləri hədiyyələrlə özlərini murdarlasınlar. Bunu etdim ki, onları dəhşətə salım, qoy bilsinlər ki, Rəbb Mənəm”.
- Ey bəşər oğlu, buna görə də İsrail nəslinə müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Atalarınız bununla yenə xəyanət edərək Mənə küfr etdi.
- Mən onları vəd etdiyim torpağa gətirəndə hər yüksək təpəni, hər qollu-budaqlı ağacı görüb qurbanlarını orada kəsdilər, Mənim qəzəbimə səbəb olan qurbanlarını orada təqdim etdilər, ətirli təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər.
- Ona görə Mən onlara dedim: ‹Getdiyiniz o səcdəgah nədir?› Bura indiyə qədər Bama adlanır”.
- Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Siz atalarınızın yolu ilə gedib onların iyrənc işləri ilə pozğunluq edərək özünüzü murdar edərsinizmi?
|
|