|
- Mənə Rəbbin bu sözü nazil oldu:
- «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “‹Ah, o gün› deyib fəryad edin,
- Çünki o gün yaxındır, Rəbbin günü yaxındır. O gün buludlu gündür, Millətlərin qiyamət günüdür.
- Misirin üstünə qılınc gələcək, Kuş əzab çəkəcək. Misirdə adamlar həlak olanda Ölkənin sərvəti qarət olunacaq, O öz təməlindən dağılacaq.
- Misirlə birlikdə Kuş, Put, Lud, Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları Qılıncdan keçiriləcək”.
|
|