|
- Buna görə də Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, qan səni izləyəcək, qan tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək.
- Mən Seir dağını sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin ayağını kəsəcəyəm.
- Dağlarını ölülərlə dolduracağam, qılıncdan keçirilənlər sənin təpələrində, dərələrində, vadilərində yıxılıb həlak olacaq.
- Səni əbədi olaraq xarabalığa çevirəcəyəm, Şəhərlərində heç kəs yaşamayacaq. Onda biləcəksən ki, Rəbb Mənəm.
- Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq, onları özümə mülk edəcəyəm›”.
|
|