Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 30  31  32  33  34  35  36  37  38  39  40  41  . . . 48   qeri  
  -1   [font9]   +1  
YEZEKEL 36 [Azerbaycan:NIV]   
 
  1. Sən ey bəşər oğlu, İsrail dağları üçün peyğəmbərlik edib söylə ki, ey İsrail dağları, Rəbbin sözünü eşidin.
  2. Xudavənd Rəbb belə deyir: “Düşmən sizin barənizdə ‹nə yaxşı, bu qədim təpələr bizim mülkümüz oldu› dedi”.
  3. Buna görə də peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi viran etdilər, hər tərəfdən sıxışdırıb tapdaladılar, başqa millətlər mülkünüzə sahib oldu, dillərə düşdünüz və xalqın dedi-qodusuna çevrildiniz”.
  4. Bütün bunlara görə, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü eşidin. Xudavənd Rəbb dağlara, təpələrə, vadilərə, dərələrə, ətrafındakı başqa millətlərə, qarət və kinayə hədəfi olan viran olmuş xarabalıqlara, tərk edilmiş şəhərlərə belə deyir.
  5. Buna görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə bütün Edoma qarşı qızğın qısqanclığımla danışdım. Onlar bütün ürəkləri ilə sevinib həqarət edərək ölkəmə sahib çıxdılar ki, onun otlaqlarını qarət etsinlər”.
  1. "Son of man, prophesy to the mountains of Israel and say, 'O mountains of Israel, hear the word of the LORD.
  2. This is what the Sovereign LORD says: The enemy said of you, "Aha! The ancient heights have become our possession." '
  3. Therefore prophesy and say, 'This is what the Sovereign LORD says: Because they ravaged and hounded you from every side so that you became the possession of the rest of the nations and the object of people's malicious talk and slander,
  4. therefore, O mountains of Israel, hear the word of the Sovereign LORD : This is what the Sovereign LORD says to the mountains and hills, to the ravines and valleys, to the desolate ruins and the deserted towns that have been plundered and ridiculed by the rest of the nations around you-
  5. this is what the Sovereign LORD says: In my burning zeal I have spoken against the rest of the nations, and against all Edom, for with glee and with malice in their hearts they made my land their own possession so that they might plunder its pastureland.'
 
 
  1. Buna görə də İsrail ölkəsi üçün peyğəmbərlik edib dağlara, təpələrə, vadilərə və dərələrə söylə ki, Xudavənd Rəbb belə deyir: “Millətlərin təhqirinə hədəf olduğunuz üçün qısqanc qəzəbimlə danışdım”.
  2. Buna görə də Xudavənd Rəbb belə deyir: “And içirəm ki, ətrafınızdakı millətlər də mütləq təhqir olunacaq.
  3. Ey İsrail dağları, siz qol-budaq atacaq, xalqım İsrail üçün meyvə verəcəksiniz, ona görə ki xalqım İsrail tezliklə öz yurduna qayıdacaq.
  4. Çünki Mən sizin tərəfinizdəyəm, sizə tərəf dönəcəyəm. Torpağınız şumlanıb əkiləcək.
  5. Ölkənizdə adamların sayını, bəli, bütün İsrail nəslinin sayını çoxaldacağam. Şəhərlər məskunlaşacaq, xarabalıqlar abad ediləcək.
  1. Therefore prophesy concerning the land of Israel and say to the mountains and hills, to the ravines and valleys: 'This is what the Sovereign LORD says: I speak in my jealous wrath because you have suffered the scorn of the nations.
  2. Therefore this is what the Sovereign LORD says: I swear with uplifted hand that the nations around you will also suffer scorn.
  3. " 'But you, O mountains of Israel, will produce branches and fruit for my people Israel, for they will soon come home.
  4. I am concerned for you and will look on you with favor; you will be plowed and sown,
  5. and I will multiply the number of people upon you, even the whole house of Israel. The towns will be inhabited and the ruins rebuilt.
 
 
  1. Ölkənizdə adamların və heyvanların sayını çoxaldacağam, törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
  2. Ölkənizdə xalqım İsraildən olan insanları gəzdirəcəyəm və onlar sizə sahib olacaq. Siz də onların irsi olacaqsınız. Onları bir daha övladlarından məhrum etməyəcəksiniz”.
  3. Xudavənd Rəbb belə deyir: “Ey ölkə, insanlar sənə adam yeyən, millətini övladdan məhrum edən bir ölkə deyir.
  4. Ancaq bundan sonra sən daha adam yeməyəcək, millətini övladdan məhrum etməyəcəksən” Xudavənd Rəbb belə bəyan edir.
  5. “Artıq Mən millətlərin təhqirlərini eşitdirməyəcəyəm, daha xalqların kinayəsinə düçar olmayacaqsan. Millətini bir daha büdrətməyinə izin verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
  1. I will increase the number of men and animals upon you, and they will be fruitful and become numerous. I will settle people on you as in the past and will make you prosper more than before. Then you will know that I am the LORD.
  2. I will cause people, my people Israel, to walk upon you. They will possess you, and you will be their inheritance; you will never again deprive them of their children.
  3. " 'This is what the Sovereign LORD says: Because people say to you, "You devour men and deprive your nation of its children,"
  4. therefore you will no longer devour men or make your nation childless, declares the Sovereign LORD.
  5. No longer will I make you hear the taunts of the nations, and no longer will you suffer the scorn of the peoples or cause your nation to fall, declares the Sovereign LORD.' "
 
 
  1. Mənə Rəbbin sözü nazil oldu:
  2. «Ey bəşər oğlu, İsrail nəsli öz torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri Mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi.
  3. Mən də qəzəbimi onların üstünə tökdüm, çünki ölkədə qan tökdülər, bütləri ilə onu murdar etdilər.
  4. Onları millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə etdim.
  5. Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda ölkəsindən çıxmağa məcbur oldu”.
  1. Again the word of the LORD came to me:
  2. "Son of man, when the people of Israel were living in their own land, they defiled it by their conduct and their actions. Their conduct was like a woman's monthly uncleanness in my sight.
  3. So I poured out my wrath on them because they had shed blood in the land and because they had defiled it with their idols.
  4. I dispersed them among the nations, and they were scattered through the countries; I judged them according to their conduct and their actions.
  5. And wherever they went among the nations they profaned my holy name, for it was said of them, 'These are the LORD's people, and yet they had to leave his land.'
 
 
  1. İsrail nəslinin getdiyi millətlər arasında ləkələdiyi müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim.
  2. Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm.
  3. Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir.
  4. “Çünki sizi millətlərin arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm.
  5. Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.
  1. I had concern for my holy name, which the house of Israel profaned among the nations where they had gone.
  2. "Therefore say to the house of Israel, 'This is what the Sovereign LORD says: It is not for your sake, O house of Israel, that I am going to do these things, but for the sake of my holy name, which you have profaned among the nations where you have gone.
  3. I will show the holiness of my great name, which has been profaned among the nations, the name you have profaned among them. Then the nations will know that I am the LORD, declares the Sovereign LORD, when I show myself holy through you before their eyes.
  4. " 'For I will take you out of the nations; I will gather you from all the countries and bring you back into your own land.
  5. I will sprinkle clean water on you, and you will be clean; I will cleanse you from all your impurities and from all your idols.
 
 
  1. Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.
  2. Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz.
  3. O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.
  4. Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm. Buğdaya əmr edib onu çoxaldacaq, üstünüzə aclıq gətirməyəcəyəm.
  5. Bir daha millətlər içində aclıq rüsvayçılığını çəkməyəsiniz deyə ağacın meyvəsini, tarlanın məhsulunu çoxaldacağam.
  1. I will give you a new heart and put a new spirit in you; I will remove from you your heart of stone and give you a heart of flesh.
  2. And I will put my Spirit in you and move you to follow my decrees and be careful to keep my laws.
  3. You will live in the land I gave your forefathers; you will be my people, and I will be your God.
  4. I will save you from all your uncleanness. I will call for the grain and make it plentiful and will not bring famine upon you.
  5. I will increase the fruit of the trees and the crops of the field, so that you will no longer suffer disgrace among the nations because of famine.
 
 
  1. O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi yada salacaqsınız. Təqsirlərinizdən və iyrənc işlərinizdən ötrü özünüzdən iyrənəcəksiniz.
  2. Bilin ki, bunu sizin naminizə etmirəm” Xudavənd Rəbb belə bəyan edir, “adətlərinizdən utanıb xəcalət çəkin, ey İsrail nəsli!”
  3. Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim vaxt şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm.
  4. Boş qalmış ölkə şumlanacaq, halbuki hər yoldan keçənin nəzərində o bir viranə idi.
  5. Onda deyəcəklər: ‹Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, onların içində adamlar yaşayır›.
  1. Then you will remember your evil ways and wicked deeds, and you will loathe yourselves for your sins and detestable practices.
  2. I want you to know that I am not doing this for your sake, declares the Sovereign LORD. Be ashamed and disgraced for your conduct, O house of Israel!
  3. " 'This is what the Sovereign LORD says: On the day I cleanse you from all your sins, I will resettle your towns, and the ruins will be rebuilt.
  4. The desolate land will be cultivated instead of lying desolate in the sight of all who pass through it.
  5. They will say, "This land that was laid waste has become like the garden of Eden; the cities that were lying in ruins, desolate and destroyed, are now fortified and inhabited."
 
 
  1. Onda ətrafınızda qalan millətlər biləcək ki, dağıdılmış yerləri Mən Rəbb tikdim, çölə çevrilmiş yerləri Mən abad etdim. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”.
  2. Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi çoxaldacağam.
  3. Bayram günlərində Yerusəlimdə qurbanlıq heyvan sürüləri necə çox olursa, viran edilmiş şəhərlər də eləcə insan sürüləri ilə dolu olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”».
  1. Then the nations around you that remain will know that I the LORD have rebuilt what was destroyed and have replanted what was desolate. I the LORD have spoken, and I will do it.'
  2. "This is what the Sovereign LORD says: Once again I will yield to the plea of the house of Israel and do this for them: I will make their people as numerous as sheep,
  3. as numerous as the flocks for offerings at Jerusalem during her appointed feasts. So will the ruined cities be filled with flocks of people. Then they will know that I am the LORD."
 
   
  irəli  1  . . . 30  31  32  33  34  35  36  37  38  39  40  41  . . . 48   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.