|   | 
	
		
		- Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm”». 
 - Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Mən peyğəmbərlik edərkən bir gurultu qopdu, bir taqqıltı eşidildi. Sümüklər yaxınlaşdı, sümük sümüyə bitişdi. 
 - Mən baxıb gördüm ki, onların üstünə vətərlər gəldi, ət bitdi, bunları isə dəri örtdü. Ancaq onlarda nəfəs yox idi. 
 - Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”». 
 - Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Nəfəs onların daxilinə girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı. 
		
   | 
	  |