|
- Mənə Rəbbin bu sözü nazil oldu:
- «Ey bəşər oğlu, Maqoq ölkəsindən olan Roşun, Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut və onun əleyhinə peyğəmbərlik edib söylə ki,
- Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
- Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu qovub çıxaracağam.
- Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları,
|
|