Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 33  34  35  36  37  38  39  40  41  42  43  44  . . . 48   qeri  
  -1   [font9]   +1  
YEZEKEL 39 [Azerbaycan:NASB]   
 
  1. Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
  2. Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm.
  3. Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam.
  4. Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm.
  5. Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.
  1. "And you, son of man, prophesy against Gog and say, 'Thus says the Lord GOD, "Behold, I am against you, O Gog, prince of Rosh, Meshech and Tubal;
  2. and I will turn you around, drive you on, take you up from the remotest parts of the north and bring you against the mountains of Israel.
  3. "I will strike your bow from your left hand and dash down your arrows from your right hand.
  4. "You will fall on the mountains of Israel, you and all your troops and the peoples who are with you; I will give you as food to every kind of predatory bird and beast of the field.
  5. "You will fall on the open field; for it is I who have spoken," declares the Lord GOD.
 
 
  1. Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm.
  2. Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam.
  3. Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür.
  4. Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar.
  5. Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir.
  1. "And I will send fire upon Magog and those who inhabit the coastlands in safety; and they will know that I am the LORD.
  2. "My holy name I will make known in the midst of My people Israel; and I will not let My holy name be profaned anymore And the nations will know that I am the LORD, the Holy One in Israel.
  3. "Behold, it is coming and it shall be done," declares the Lord GOD. "That is the day of which I have spoken.
  4. "Then those who inhabit the cities of Israel will go out and make fires with the weapons and burn them, both shields and bucklers, bows and arrows, war clubs and spears, and for seven years they will make fires of them.
  5. "They will not take wood from the field or gather firewood from the forests, for they will make fires with the weapons; and they will take the spoil of those who despoiled them and seize the plunder of those who plundered them," declares the Lord GOD.
 
 
  1. “O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək.
  2. Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq.
  3. Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir.
  4. “Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar.
  5. Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq.
  1. "On that day I will give Gog a burial ground there in Israel, the valley of those who pass by east of the sea, and it will block off those who would pass by. So they will bury Gog there with all his horde, and they will call it the valley of Hamon-gog.
  2. "For seven months the house of Israel will be burying them in order to cleanse the land.
  3. "Even all the people of the land will bury them; and it will be to their renown on the day that I glorify Myself," declares the Lord GOD.
  4. "They will set apart men who will constantly pass through the land, burying those who were passing through, even those left on the surface of the ground, in order to cleanse it. At the end of seven months they will make a search.
  5. "As those who pass through the land pass through and anyone sees a man's bone, then he will set up a marker by it until the buriers have buried it in the valley of Hamon-gog.
 
 
  1. Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”.
  2. Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz.
  3. Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz.
  4. Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz.
  5. Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir.
  1. "And even the name of the city will be Hamonah. So they will cleanse the land."'
  2. "As for you, son of man, thus says the Lord GOD, 'Speak to every kind of bird and to every beast of the field, "Assemble and come, gather from every side to My sacrifice which I am going to sacrifice for you, as a great sacrifice on the mountains of Israel, that you may eat flesh and drink blood.
  3. "You will eat the flesh of mighty men and drink the blood of the princes of the earth, as though they were rams, lambs, goats and bulls, all of them fatlings of Bashan.
  4. "So you will eat fat until you are glutted, and drink blood until you are drunk, from My sacrifice which I have sacrificed for you.
  5. "You will be glutted at My table with horses and charioteers, with mighty men and all the men of war," declares the Lord GOD.
 
 
  1. “İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək.
  2. Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm.
  3. Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu.
  4. Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.
  5. Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam.
  1. "And I will set My glory among the nations; and all the nations will see My judgment which I have executed and My hand which I have laid on them.
  2. "And the house of Israel will know that I am the LORD their God from that day onward.
  3. "The nations will know that the house of Israel went into exile for their iniquity because they acted treacherously against Me, and I hid My face from them; so I gave them into the hand of their adversaries, and all of them fell by the sword.
  4. "According to their uncleanness and according to their transgressions I dealt with them, and I hid My face from them."'"
  5. Therefore thus says the Lord GOD, "Now I will restore the fortunes of Jacob and have mercy on the whole house of Israel; and I will be jealous for My holy name.
 
 
  1. Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar.
  2. Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam.
  3. Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.
  4. Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
  1. "They will forget their disgrace and all their treachery which they perpetrated against Me, when they live securely on their own land with no one to make them afraid.
  2. "When I bring them back from the peoples and gather them from the lands of their enemies, then I shall be sanctified through them in the sight of the many nations.
  3. "Then they will know that I am the LORD their God because I made them go into exile among the nations, and then gathered them again to their own land; and I will leave none of them there any longer.
  4. "I will not hide My face from them any longer, for I will have poured out My Spirit on the house of Israel," declares the Lord GOD.
 
   
  irəli  1  . . . 33  34  35  36  37  38  39  40  41  42  43  44  . . . 48   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.