|   | 
	
		
		- O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı, məbədin açıq sahəsinə və bayır həyətin şimalındakı tikililərə baxan otaqlara apardı. 
 - Qapısı şimala baxan bu tikilinin uzunluğu yüz, eni əlli qulac idi. 
 - İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin daş yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi. 
 - Otaqların qabağında eni on qulac, uzunluğu isə yüz  qulac olan bir içəri dəhliz var idi. Qapıları şimala baxırdı. 
 - Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu. 
		
   | 
	  |