|
- İçəri həyətə girəcəyi vaxt heç bir kahin şərab içməsin.
- Kahinlər dul yaxud boşanmış arvad almasın, ancaq İsrail nəslindən olan bir bakirə qız yaxud da başqa kahindən dul qalmış arvadı ala bilərlər.
- Onlar Mənim xalqıma müqəddəs olan şeyi adi şeydən, murdar şeyi pak şeydən ayırmağı öyrədəcək.
- Mübahisəli işlərdə onlar hakimlik edəcək, hökmlərimə görə qərar verməlidirlər. Bayramlarımla bağlı qayda-qanunlarıma əməl etməli, Şənbə günlərimi müqəddəs saymalıdırlar.
- Kahin adam meyitinə yaxınlaşıb özünü murdarlamasın, amma bu, anasının, atasının, oğlunun, qızının, qardaşının yaxud ərə getməmiş bacısının meyiti olsa, özünü murdarlaya bilər.
|
|