- И во владение городу дайте пять тысяч ширины и двадцать пять тысяч длины, против священного места, отделенного Господу; это принадлежать должно всему дому Израилеву.
 - И князю [дайте] долю по ту и другую сторону, как подле священного места, отделенного [Господу], так и подле городского владения, к западу с западной стороны и к востоку с восточной стороны, длиною наравне с одним из оных уделов от западного предела до восточного.
 - Это его земля, его владение в Израиле, чтобы князья Мои вперед не теснили народа Моего и чтобы предоставили землю дому Израилеву по коленам его.
 - Так говорит Господь Бог: довольно вам, князья Израилевы! отложите обиды и угнетения и творите суд и правду, перестаньте вытеснять народ Мой из владения его, говорит Господь Бог.
 - Да будут у вас правильные весы и правильная ефа и правильный бат.
			
   | 
			
- Müqəddəs bölgəyə düşən hissə ilə birlikdə şəhər üçün eni beş min, uzunluğu iyirmi beş min qulac olan bir hissə ayırın. Bu bütün İsrail xalqı üçündür. 
 - Müqəddəs bölgəyə düşən hissə ilə şəhərə düşən hissənin hər iki tərəfindəki torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar qərbdən-qərbə, şərqdən-şərqə doğru uzanacaq və qərb sərhədindən şərq sərhədinə qədər uzunluğu bir İsrail qəbiləsinə düşən hissə qədərdir. 
 - Bu torpaq İsrail rəhbərinin payı olacaq. Bundan sonra rəhbərlərim xalqıma bir daha zülm etməyəcək, ancaq ölkəni qəbilələrinə görə İsrail nəslinə verəcək”. 
 - Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir. 
 - “Düzgün tərəzi ilə çəkin. Çəkdiyiniz efa da, bat da düzgün olsun. 
			
   |