|
- Xudavənd Rəbb belə deyir: “Əgər rəhbər oğullarından birinə öz mülkündən pay verərsə, öz irsi kimi nəslinə də keçsin, irs olaraq bu pay onların mülkü olsun.
- Lakin rəhbər öz mülkündən qulluqçularından birinə pay verərsə, bu pay azadlıq ilinə qədər qulluqçununku olsun, sonra isə rəhbərə qaytarılsın. Rəhbərin irsi ancaq oğullarına keçə bilər və onların olsun.
- Lakin rəhbər xalqı mülkündən qovaraq irsindən məhrum etməməlidir. O, oğullarına yalnız öz mülkündən irs verə bilər, ona görə ki xalqımdan olan heç kəs mülkünü tərk edib kənara getməsin”».
- Sonra o adam məni darvazanın yanındakı girişdən şimala baxan, kahinlərə məxsus müqəddəs otaqlara gətirdi və mənə qərb tərəfdə bir yer göstərdi.
- O mənə dedi: «Kahinlərin təqsir qurbanı ilə günah qurbanının ətini qaynadacaqları və taxıl təqdimini bişirəcəkləri yer buradır. Ona görə ki bunları bayır həyətə çıxarıb xalqı təqdis etməsinlər».
|
|