|
- O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi.
- Oraya çatanda çayın hər iki sahilində çoxlu ağac gördüm.
- O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək.
- O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq, çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək.
- Çayın sahili boyu balıqçılar dayanacaq. En-Gedidən En-Eqlayimə qədər tor sərilən yerlər olacaq. Orada da Böyük dənizdəki kimi çoxlu balıq növləri olacaq.
|
|