|   | 
	
		
		- Şəhərin ölçüləri belə olacaq: şimal tərəfi dörd min beş yüz qulac, cənub tərəfi dörd min beş yüz qulac, şərq tərəfi dörd min beş yüz qulac, qərb tərəfi dörd min beş yüz qulac. 
 - Şəhər üçün ayrılan otlağın ölçüləri belə olacaq: şimalda iki yüz əlli qulac, cənubda iki yüz əlli qulac, şərqdə iki yüz əlli qulac, qərbdə iki yüz əlli qulac. 
 - Müqəddəs bölgənin sərhədində qalan yerin həm şərq tərəfi, həm də qərb tərəfi on min qulac olacaq. Müqəddəs bölgəyə bitişik torpaqlarda yetişən məhsul şəhərdə işləyənlərə məxsus olacaq. 
 - İsrailin hər qəbiləsindən şəhərdə işləyənlər torpağı şumlayacaq. 
 - Bu bölgənin ərazisi dördbucaqlı şəklindədir, hər yanı iyirmi beş min qulacdır. Siz xüsusi bir pay olaraq şəhərin mülkü ilə birlikdə müqəddəs bölgəyə düşən payı ayırın. 
		
   | 
	  |