Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 3  4  5  6  7  8  9  10  11  12   qeri  
  -1   [font8]   +1  
DANİEL 9 [Azerbaycan:NASB]   
 
  1. Midiya tayfasından Axaşveroşun oğlu Daranın padşahlığının birinci ili idi. O, Xaldey ölkəsinə padşah qoyulmuşdu.
  2. Onun padşahlığının birinci ilində mən Daniel Yerusəlimin viranə qalacağı müddətin yetmiş il olduğu barədə Rəbbin Yeremya peyğəmbərə göndərdiyi sözü kitablardan anladım.
  3. Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım.
  4. Allahım Rəbbə dua etdim və etiraf edərək dedim: «Sənə dua edirəm, ey böyük və zəhmli Xudavənd Allah! Səni sevənlər və əmrlərinə əməl edənlər üçün əhdinə sadiq qalıb məhəbbət göstərirsən.
  5. Biz günah və təqsir etdik, pislik edib Sənə qarşı üsyankar olduq. Sənin əmrlərindən və hökmlərindən üz döndərdik.
  1. In the first year of Darius the son of Ahasuerus, of Median descent, who was made king over the kingdom of the Chaldeans--
  2. in the first year of his reign, I, Daniel, observed in the books the number of the years which was revealed as the word of the LORD to Jeremiah the prophet for the completion of the desolations of Jerusalem, namely, seventy years.
  3. So I gave my attention to the Lord God to seek Him by prayer and supplications, with fasting, sackcloth and ashes.
  4. I prayed to the LORD my God and confessed and said, "Alas, O Lord, the great and awesome God, who keeps His covenant and lovingkindness for those who love Him and keep His commandments,
  5. we have sinned, committed iniquity, acted wickedly and rebelled, even turning aside from Your commandments and ordinances.
 
 
  1. Padşahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına Sənin adınla söz deyən qulların peyğəmbərlərə qulaq asmadıq.
  2. Ey Xudavənd, Səndə ədalət var, bizdə isə bugünkü kimi üz qaralığı! Bu, Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara və Sənə qarşı etdikləri xainlikdən ötrü sürgün etdiyin bütün ölkələrdə, yaxında və uzaqda olan İsraillilərin hamısına aiddir.
  3. Ya Rəbb, bizim padşahlarımızın, başçılarımızın və atalarımızın üzü qaradır, çünki Sənə qarşı günah etmişik.
  4. Mərhəmət və bağışlamaq isə Xudavənd Allahımıza məxsusdur, çünki biz Ona qarşı üsyan etmişik.
  5. Allahımız Rəbbin sözünə qulaq asmadıq, Öz qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlarına əməl etmədik.
  1. "Moreover, we have not listened to Your servants the prophets, who spoke in Your name to our kings, our princes, our fathers and all the people of the land.
  2. "Righteousness belongs to You, O Lord, but to us open shame, as it is this day--to the men of Judah, the inhabitants of Jerusalem and all Israel, those who are nearby and those who are far away in all the countries to which You have driven them, because of their unfaithful deeds which they have committed against You.
  3. "Open shame belongs to us, O Lord, to our kings, our princes and our fathers, because we have sinned against You.
  4. "To the Lord our God belong compassion and forgiveness, for we have rebelled against Him;
  5. nor have we obeyed the voice of the LORD our God, to walk in His teachings which He set before us through His servants the prophets.
 
 
  1. Bütün İsraillilər Sənin qanununu pozub azdı, Sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın Qanununda yazılmış lənət başımıza yağdı və and yerinə yetdi, çünki Ona qarşı günah etdik.
  2. O da başımıza böyük bəla gətirərək bizə və hökm edən hakimlərimizə qarşı dediyi sözləri yerinə yetirdi, çünki Yerusəlimə gələn bəla göylər altında olan heç bir yerə gəlməyib.
  3. Musanın Qanununda yazıldığı kimi bütün bu bəla başımıza gəldi. Ancaq biz Allahımız Rəbbə üz tutmadıq ki, təqsirlərimizdən dönək və Onun həqiqətini dərk edək.
  4. Rəbb də bu bəlanı başımıza gətirməyə tərəddüd etmədi, çünki Allahımız Rəbb etdiyi bütün işlərində ədalətlidir, ancaq biz Sənin səsinə qulaq asmadıq.
  5. Ey Allahımız Xudavənd, Sən Öz xalqını Misir torpağından qüdrətli əlinlə çıxardın və bu günə qədər davam edən izzət qazandın! Biz isə günah işlətdik, pislik etdik.
  1. "Indeed all Israel has transgressed Your law and turned aside, not obeying Your voice; so the curse has been poured out on us, along with the oath which is written in the law of Moses the servant of God, for we have sinned against Him.
  2. "Thus He has confirmed His words which He had spoken against us and against our rulers who ruled us, to bring on us great calamity; for under the whole heaven there has not been done anything like what was done to Jerusalem.
  3. "As it is written in the law of Moses, all this calamity has come on us; yet we have not sought the favor of the LORD our God by turning from our iniquity and giving attention to Your truth.
  4. "Therefore the LORD has kept the calamity in store and brought it on us; for the LORD our God is righteous with respect to all His deeds which He has done, but we have not obeyed His voice.
  5. "And now, O Lord our God, who have brought Your people out of the land of Egypt with a mighty hand and have made a name for Yourself, as it is this day--we have sinned, we have been wicked.
 
 
  1. Ey Xudavənd, bütün ədalətli işlərinə görə Sənə yalvarıram, qeyz və qəzəbini Öz şəhərin Yerusəlimdən, müqəddəs dağından döndər. Çünki bizim günahlarımızdan və atalarımızın təqsirlərindən ötrü Yerusəlim və Sənin xalqın bütün ətraf xalqlar arasında rüsvay oldu.
  2. Ey Allahımız, indi qulunun duasını və yalvarışlarını eşit. Ey Xudavənd, Öz xatirinə işıqlı üzünü viran olan Müqəddəs məkanına tərəf çevir.
  3. Ey Allahım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və Sənə məxsus olan şəhəri gör. Çünki öz salehliyimizə görə deyil, Sənin böyük mərhəmətinə görə yalvarışlarımızı Sənin önündə təqdim edirik.
  4. Ey Xudavənd, eşit, ey Xudavənd, bağışla, ey Xudavənd, diqqət et və hərəkətə gəl. Ey Allahım, Öz adın naminə gecikmə, çünki şəhərin və xalqın Sənə məxsusdur».
  5. Mən hələ danışıb duada özümün və xalqım İsrailin günahlarını etiraf edərək Allahımın müqəddəs dağı üçün yalvarışımı Allahım Rəbbə təqdim edən zaman –
  1. "O Lord, in accordance with all Your righteous acts, let now Your anger and Your wrath turn away from Your city Jerusalem, Your holy mountain; for because of our sins and the iniquities of our fathers, Jerusalem and Your people have become a reproach to all those around us.
  2. "So now, our God, listen to the prayer of Your servant and to his supplications, and for Your sake, O Lord, let Your face shine on Your desolate sanctuary.
  3. "O my God, incline Your ear and hear! Open Your eyes and see our desolations and the city which is called by Your name; for we are not presenting our supplications before You on account of any merits of our own, but on account of Your great compassion.
  4. "O Lord, hear! O Lord, forgive! O Lord, listen and take action! For Your own sake, O my God, do not delay, because Your city and Your people are called by Your name."
  5. Now while I was speaking and praying, and confessing my sin and the sin of my people Israel, and presenting my supplication before the LORD my God in behalf of the holy mountain of my God,
 
 
  1. hələ dua edərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrayıl axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi.
  2. O məni başa saldı və mənimlə danışıb dedi: «Ey Daniel! İndi mən gəldim ki, sənə müdriklik və dərrakə verim.
  3. Sənin duanın başlanğıcında Allah cavab verdi və mən də gəldim ki, onu sənə çatdırım, çünki Allah səni çox sevir. İndi isə sözüm barədə düşün və görüntünü bil.
  4. Sənin xalqın və müqəddəs şəhərin üçün yetmiş dəfə yeddiillik dövr təyin olunub ki, qanunsuzluq bitsin, günah sona çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi ədalət gətirilsin, görüntü və peyğəmbərlik möhürlənsin, Ən Müqəddəs yer məsh edilsin.
  5. Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq.
  1. while I was still speaking in prayer, then the man Gabriel, whom I had seen in the vision previously, came to me in my extreme weariness about the time of the evening offering.
  2. He gave me instruction and talked with me and said, "O Daniel, I have now come forth to give you insight with understanding.
  3. "At the beginning of your supplications the command was issued, and I have come to tell you, for you are highly esteemed; so give heed to the message and gain understanding of the vision.
  4. "Seventy weeks have been decreed for your people and your holy city, to finish the transgression, to make an end of sin, to make atonement for iniquity, to bring in everlasting righteousness, to seal up vision and prophecy and to anoint the most holy place.
  5. "So you are to know and discern that from the issuing of a decree to restore and rebuild Jerusalem until Messiah the Prince there will be seven weeks and sixty-two weeks; it will be built again, with plaza and moat, even in times of distress.
 
 
  1. Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib.
  2. Həmin hökmdar yeddiillik bir dövr ərzində çoxları ilə əhd bağlayacaq. Bu yeddiillik dövrün ortasında qurbanla təqdimi dayandıracaq, məbədin qülləsində viranəlik gətirən iyrənc şey qoyacaq və viranəlik gətirən şey onun təyin edilmiş aqibətinə qədər orada qalacaq».
  1. "Then after the sixty-two weeks the Messiah will be cut off and have nothing, and the people of the prince who is to come will destroy the city and the sanctuary And its end will come with a flood; even to the end there will be war; desolations are determined.
  2. "And he will make a firm covenant with the many for one week, but in the middle of the week he will put a stop to sacrifice and grain offering; and on the wing of abominations will come one who makes desolate, even until a complete destruction, one that is decreed, is poured out on the one who makes desolate."
 
   
  irəli  1  . . . 3  4  5  6  7  8  9  10  11  12   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.