|
- Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq, Göy və yer sarsılacaq. Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq.
- «O zaman biləcəksiniz ki, Müqəddəs dağım Sionda məskən salan Allahınız Rəbb Mənəm! Yerusəlim müqəddəs olacaq, Artıq yadellilər oradan keçməyəcək.
- O gün belə olacaq: Dağlardan şirin şərab damacaq, Təpələrdən süd axacaq, Yəhudanın bütün dərələrində sular axacaq. Rəbbin evindən bir qaynaq çıxacaq, Əbrişimlər vadisini sulayacaq.
- Yəhuda xalqına qəddarlıq etdiyinə, Torpaqlarında günahsız qan tökdüyünə görə Misir viran qalacaq, Edom izsiz bir səhra olacaq.
- Lakin Yəhuda əbədi qalacaq, Yerusəlim nəsildən-nəslə keçəcək.
|
|