- Thus the Lord GOD showed me, and behold, He was forming a locust-swarm when the spring crop began to sprout. And behold, the spring crop was after the king's mowing.
- And it came about, when it had finished eating the vegetation of the land, that I said, "Lord GOD, please pardon! How can Jacob stand, For he is small?"
- The LORD changed His mind about this. "It shall not be," said the LORD.
- Thus the Lord GOD showed me, and behold, the Lord GOD was calling to contend with them by fire, and it consumed the great deep and began to consume the farm land.
- Then I said, "Lord GOD, please stop! How can Jacob stand, for he is small?"
|
- Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi.
- Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.
- Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”.
- Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda
- mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.
|