- Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.
- Hüzur çadırının girişindən kənara çıxmayın, yoxsa ölərsiniz, çünki Rəbbin məsh yağı sizin üstünüzdədir». Onlar da Musanın dediyi kimi etdilər.
- Rəbb Haruna dedi:
- «Sən və övladların Hüzur çadırına nə şərab, nə də başqa kefləndirici içki içib girməyin, yoxsa ölərsiniz. Qoy bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
- Müqəddəslə adi şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun.
|
- Then Moses said to Aaron and his sons Eleazar and Ithamar, "Do not let your hair become unkempt, and do not tear your clothes, or you will die and the LORD will be angry with the whole community. But your relatives, all the house of Israel, may mourn for those the LORD has destroyed by fire.
- Do not leave the entrance to the Tent of Meeting or you will die, because the LORD's anointing oil is on you." So they did as Moses said.
- Then the LORD said to Aaron,
- "You and your sons are not to drink wine or other fermented drink whenever you go into the Tent of Meeting, or you will die. This is a lasting ordinance for the generations to come.
- You must distinguish between the holy and the common, between the unclean and the clean,
|