|
- Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir qüsur olmasın.
- Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin.
- Mal-qaradan yaxud qoyun-keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul olunmaz.
- Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin, ölkənizdə buna yol verməyin.
- Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”».
|
|