|
- Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi:
- «Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin.
- Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi.
- Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.
- Nəfəsim kəsilənə qədər məni sular bürüdü, Məni dərinliklər aldı, Başıma yosunlar sarıldı.
|
|