- Ey Nineva, həlak edən qüvvə qarşına çıxdı, İstehkamını qoru, yolunu qoru, Belini möhkəm qurşa, Bütün gücünü topla!
- Rəbb Yaqub nəslini İsrailin əvvəlki əzəmətinə qaytaracaq. Hərçənd quldurlar onu viran etdi, Tənəklərini dağıtdı.
- İgidlərin qalxanları qıpqırmızıdır, Cəngavərlərin libasları al rəngdədir. Onlar hazır olan gün Döyüş arabalarının dəmirləri necə də parıldayır, Şam ağacından nizələr havada oynayır!
- Döyüş arabaları küçələrdən dəlicəsinə qaçır, Meydanlarda ora-bura yüyürür, Məşəllər kimi parıldayır, Şimşək kimi cəld qaçır.
- Nineva padşahı seçmə əsgərlərini toplayır, Amma onlar yolda büdrəyir. Düşmən orduları şəhər divarına tərəf qaçır, Qalxanlarını qaldırıb sipər qurur.
|
- Поднимается на тебя разрушитель: охраняй твердыни, стереги дорогу, укрепи чресла, собирайся с силами.
- Ибо восстановит Господь величие Иакова, как величие Израиля, потому что опустошили их опустошители и виноградные ветви их истребили.
- Щит героев его красен; воины его в одеждах багряных; огнем сверкают колесницы в день приготовления к бою, и лес копьев волнуется.
- По улицам несутся колесницы, гремят на площадях; блеск от них, как от огня; сверкают, как молния.
- Он вызывает храбрых своих, но они спотыкаются на ходу своем; поспешают на стены города, но осада уже устроена.
|