- Слово Господне, которое было к Софонии, сыну Хусия, сыну Годолии, сыну Амории, сыну Езекии, во дни Иосии, сына Амонова, царя Иудейского.
- Все истреблю с лица земли, говорит Господь:
- истреблю людей и скот, истреблю птиц небесных и рыб морских, и соблазны вместе с нечестивыми; истреблю людей с лица земли, говорит Господь.
- И простру руку Мою на Иудею и на всех жителей Иерусалима: истреблю с места сего остатки Ваала, имя жрецов со священниками,
- и тех, которые на кровлях поклоняются воинству небесному, и тех поклоняющихся, которые клянутся Господом и клянутся царем своим,
|
- Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu.
- Rəbb belə bəyan edir: «Yer üzündən hər şeyi silib-süpürəcəyəm».
- Budur, Rəbb belə bəyan edir: «İnsanları, heyvanları, Göydəki quşları, dənizdəki balıqları, Pis adamları ilə Şər üçün qurulan tələlərini Silib-süpürəcəyəm, İnsanı yer üzündən yox edəcəyəm.
- Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin Hamısını cəzalandıracağam, Baal bütlərinə ibadətin qalıqlarını, Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam.
- Damlarda göy cisimlərinə səcdə edənləri, Həm Rəbbin adına, həm də Milkom bütü adına And içib səcdə edənləri,
|