- Rəbb belə deyir: «Millətləri məhv etdim, Künc qüllələri dağıldı. Küçələrini viran qoydum, O küçələrdən artıq gəlib-keçən yoxdur! Şəhərləri xarabalığa döndü, Orada heç bir sakin də qalmadı.
- Mən dedim: “Xalqım Məndən qorxar, İbrət dərsi alar”. Onda məskənləri dağıdılmaz, Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz, Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı».
- Buna görə Rəbb bəyan edir: «Şahid kimi qalxdığım Günə qədər Məni gözləyin. Çünki Mən millətləri yığmağı Padşahlıqları toplamağı qərara almışam. Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm. Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq.
- O zaman Mən xalqların nitqini dəyişib, Onlara pak dil verəcəyəm ki, Hamı Rəbbin adını çağırsın, Mənə çiyin-çiyinə xidmət etsinlər.
- Qürbətə dağılmış, Mənə səcdə edənlər Kuş çaylarının o tayından Mənə təqdimlər gətirəcək.
|
- "I have cut off nations; Their corner towers are in ruins. I have made their streets desolate, With no one passing by; Their cities are laid waste, Without a man, without an inhabitant.
- "I said, 'Surely you will revere Me, Accept instruction ' So her dwelling will not be cut off According to all that I have appointed concerning her But they were eager to corrupt all their deeds.
- "Therefore wait for Me," declares the LORD, "For the day when I rise up as a witness Indeed, My decision is to gather nations, To assemble kingdoms, To pour out on them My indignation, All My burning anger; For all the earth will be devoured By the fire of My zeal.
- "For then I will give to the peoples purified lips, That all of them may call on the name of the LORD, To serve Him shoulder to shoulder.
- "From beyond the rivers of Ethiopia My worshipers, My dispersed ones, Will bring My offerings.
|