|
- İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar.
- O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir».
- Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.
- Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək.
- İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var?
|
|