Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 2  3  4  5  6  7  8  9  10  11  12  13  . . . 21   qeri  
  -1   [font9]   +1  
YƏHYANIN 8 [Azerbaycan:NIV]   
 
  1. Lakin İsa Zeytun dağına getdi.
  2. Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı.
  3. İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb
  4. İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı.
  5. Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?»
  1. But Jesus went to the Mount of Olives.
  2. At dawn he appeared again in the temple courts, where all the people gathered around him, and he sat down to teach them.
  3. The teachers of the law and the Pharisees brought in a woman caught in adultery. They made her stand before the group
  4. and said to Jesus, "Teacher, this woman was caught in the act of adultery.
  5. In the Law Moses commanded us to stone such women. Now what do you say?"
 
 
  1. Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı.
  2. Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın».
  3. Sonra yenə əyilib yerə yazı yazdı.
  4. Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi.
  5. İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?»
  1. They were using this question as a trap, in order to have a basis for accusing him. But Jesus bent down and started to write on the ground with his finger.
  2. When they kept on questioning him, he straightened up and said to them, "If any one of you is without sin, let him be the first to throw a stone at her."
  3. Again he stooped down and wrote on the ground.
  4. At this, those who heard began to go away one at a time, the older ones first, until only Jesus was left, with the woman still standing there.
  5. Jesus straightened up and asked her, "Woman, where are they? Has no one condemned you?"
 
 
  1. Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».
  2. Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq».
  3. Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil».
  4. İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz.
  5. Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm.
  1. "No one, sir," she said. "Then neither do I condemn you," Jesus declared. "Go now and leave your life of sin."
  2. When Jesus spoke again to the people, he said, "I am the light of the world. Whoever follows me will never walk in darkness, but will have the light of life."
  3. The Pharisees challenged him, "Here you are, appearing as your own witness; your testimony is not valid."
  4. Jesus answered, "Even if I testify on my own behalf, my testimony is valid, for I know where I came from and where I am going. But you have no idea where I come from or where I am going.
  5. You judge by human standards; I pass judgment on no one.
 
 
  1. Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir.
  2. Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır.
  3. Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir».
  4. Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız».
  5. İsa bu sözləri məbəddə, nəzir qutuları olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi.
  1. But if I do judge, my decisions are right, because I am not alone. I stand with the Father, who sent me.
  2. In your own Law it is written that the testimony of two men is valid.
  3. I am one who testifies for myself; my other witness is the Father, who sent me."
  4. Then they asked him, "Where is your father?" "You do not know me or my Father," Jesus replied. "If you knew me, you would know my Father also."
  5. He spoke these words while teaching in the temple area near the place where the offerings were put. Yet no one seized him, because his time had not yet come.
 
 
  1. Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz».
  2. Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?»
  3. İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm.
  4. Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz».
  5. Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam.
  1. Once more Jesus said to them, "I am going away, and you will look for me, and you will die in your sin. Where I go, you cannot come."
  2. This made the Jews ask, "Will he kill himself? Is that why he says, 'Where I go, you cannot come'?"
  3. But he continued, "You are from below; I am from above. You are of this world; I am not of this world.
  4. I told you that you would die in your sins; if you do not believe that I am the one I claim to be, you will indeed die in your sins."
  5. "Who are you?" they asked. "Just what I have been claiming all along," Jesus replied.
 
 
  1. Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm».
  2. İsanın onlara Ata barədə danışdığını anlamadılar.
  3. Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, O Mənəm və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram.
  4. Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm».
  5. İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi.
  1. "I have much to say in judgment of you. But he who sent me is reliable, and what I have heard from him I tell the world."
  2. They did not understand that he was telling them about his Father.
  3. So Jesus said, "When you have lifted up the Son of Man, then you will know that I am the one I claim to be and that I do nothing on my own but speak just what the Father has taught me.
  4. The one who sent me is with me; he has not left me alone, for I always do what pleases him."
  5. Even as he spoke, many put their faith in him.
 
 
  1. O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz.
  2. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək».
  3. Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?»
  4. İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir.
  5. Kölə evdə daim qalmaz, oğulsa daim qalar.
  1. To the Jews who had believed him, Jesus said, "If you hold to my teaching, you are really my disciples.
  2. Then you will know the truth, and the truth will set you free."
  3. They answered him, "We are Abraham's descendants and have never been slaves of anyone. How can you say that we shall be set free?"
  4. Jesus replied, "I tell you the truth, everyone who sins is a slave to sin.
  5. Now a slave has no permanent place in the family, but a son belongs to it forever.
 
 
  1. Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.
  2. İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır.
  3. Mən Atanın yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz».
  4. Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz.
  5. Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi.
  1. So if the Son sets you free, you will be free indeed.
  2. I know you are Abraham's descendants. Yet you are ready to kill me, because you have no room for my word.
  3. I am telling you what I have seen in the Father's presence, and you do what you have heard from your father."
  4. "Abraham is our father," they answered. "If you were Abraham's children," said Jesus, "then you would do the things Abraham did.
  5. As it is, you are determined to kill me, a man who has told you the truth that I heard from God. Abraham did not do such things.
 
 
  1. Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır».
  2. İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi.
  3. Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz.
  4. Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır.
  5. Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız.
  1. You are doing the things your own father does." "We are not illegitimate children," they protested. "The only Father we have is God himself."
  2. Jesus said to them, "If God were your Father, you would love me, for I came from God and now am here. I have not come on my own; but he sent me.
  3. Why is my language not clear to you? Because you are unable to hear what I say.
  4. You belong to your father, the devil, and you want to carry out your father's desire. He was a murderer from the beginning, not holding to the truth, for there is no truth in him. When he lies, he speaks his native language, for he is a liar and the father of lies.
  5. Yet because I tell the truth, you do not believe me!
 
 
  1. Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız?
  2. Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz».
  3. Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?»
  4. İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız.
  5. Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var.
  1. Can any of you prove me guilty of sin? If I am telling the truth, why don't you believe me?
  2. He who belongs to God hears what God says. The reason you do not hear is that you do not belong to God."
  3. The Jews answered him, "Aren't we right in saying that you are a Samaritan and demon-possessed?"
  4. "I am not possessed by a demon," said Jesus, "but I honor my Father and you dishonor me.
  5. I am not seeking glory for myself; but there is one who seeks it, and he is the judge.
 
 
  1. Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək».
  2. Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən.
  3. Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?»
  4. İsa cavab verdi: «Əgər Mən Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz Onun barəsində “Allahımızdır” deyirsiniz,
  5. lakin Onu tanımırsınız. Mənsə Onu tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu tanıyıram və sözünə riayət edirəm.
  1. I tell you the truth, if anyone keeps my word, he will never see death."
  2. At this the Jews exclaimed, "Now we know that you are demon-possessed! Abraham died and so did the prophets, yet you say that if anyone keeps your word, he will never taste death.
  3. Are you greater than our father Abraham? He died, and so did the prophets. Who do you think you are?"
  4. Jesus replied, "If I glorify myself, my glory means nothing. My Father, whom you claim as your God, is the one who glorifies me.
  5. Though you do not know him, I know him. If I said I did not, I would be a liar like you, but I do know him and keep his word.
 
 
  1. Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi».
  2. Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?»
  3. İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm».
  4. O zaman İsanı daşqalaq etmək üçün yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı.
  1. Your father Abraham rejoiced at the thought of seeing my day; he saw it and was glad."
  2. "You are not yet fifty years old," the Jews said to him, "and you have seen Abraham!"
  3. "I tell you the truth," Jesus answered, "before Abraham was born, I am!"
  4. At this, they picked up stones to stone him, but Jesus hid himself, slipping away from the temple grounds.
 
   
  irəli  1  . . . 2  3  4  5  6  7  8  9  10  11  12  13  . . . 21   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.