|
- Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?»
- Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
- Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, Sözləri yerin ucqarlarına çatdı».
- Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir: «Mən sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm».
- Yeşaya isə cəsarətlə deyir: «Rəbb deyir: “Məni axtarmayanlar tərəfindən tapıldım, Məni soruşmayanlara Mən zühur etdim”».
|
|