|
- Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır?
- Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi.
- Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.
- Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım.
- Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk etməyə məcbur olardınız!
|
|