|
- Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır! Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var.
- Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm.
- Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm.
- Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm,
- üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım.
|
|