Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4   qeri  
  -1   [font9]   +1  
FİLİPİLİLƏRƏ MƏKTUBU 1 [Azerbaycan:NIV]   
 
  1. Məsih İsanın qulları mən Paul və Timoteydən Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər Məsih İsada müqəddəs olanların hamısına salam!
  2. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
  3. Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm.
  4. Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm.
  5. Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz.
  1. Paul and Timothy, servants of Christ Jesus, To all the saints in Christ Jesus at Philippi, together with the overseers and deacons:
  2. Grace and peace to you from God our Father and the Lord Jesus Christ.
  3. I thank my God every time I remember you.
  4. In all my prayers for all of you, I always pray with joy
  5. because of your partnership in the gospel from the first day until now,
 
 
  1. Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
  2. Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz.
  3. Allah şahidimdir ki, Məsih İsanın duyğusu ilə hər birinizin həsrətini çəkirəm.
  4. Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın,
  5. siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
  1. being confident of this, that he who began a good work in you will carry it on to completion until the day of Christ Jesus.
  2. It is right for me to feel this way about all of you, since I have you in my heart; for whether I am in chains or defending and confirming the gospel, all of you share in God's grace with me.
  3. God can testify how I long for all of you with the affection of Christ Jesus.
  4. And this is my prayer: that your love may abound more and more in knowledge and depth of insight,
  5. so that you may be able to discern what is best and may be pure and blameless until the day of Christ,
 
 
  1. Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər Müjdə yaymağı daha da irəli apardı.
  2. Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam.
  3. Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötrü Rəbbə güvənərək kəlamı qorxmadan bəyan etmək üçün daha çox cəsarət göstərdi.
  4. Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edirlər.
  1. filled with the fruit of righteousness that comes through Jesus Christ--to the glory and praise of God.
  2. Now I want you to know, brothers, that what has happened to me has really served to advance the gospel.
  3. As a result, it has become clear throughout the whole palace guard and to everyone else that I am in chains for Christ.
  4. Because of my chains, most of the brothers in the Lord have been encouraged to speak the word of God more courageously and fearlessly.
  5. It is true that some preach Christ out of envy and rivalry, but others out of goodwill.
 
 
  1. Bəziləri bunu məhəbbətlə edirlər, çünki bilirlər ki, mən Müjdəni müdafiə etmək üçün təyin edilmişəm.
  2. Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda guya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan edirlər.
  3. Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa-olsun, əsasən Məsih bəyan edilir, mən buna sevinirəm. Əlbəttə, sevinəcəyəm,
  4. çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin Ruhunun köməyi ilə mənim xilasım olacaq.
  5. Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm.
  1. The latter do so in love, knowing that I am put here for the defense of the gospel.
  2. The former preach Christ out of selfish ambition, not sincerely, supposing that they can stir up trouble for me while I am in chains.
  3. But what does it matter? The important thing is that in every way, whether from false motives or true, Christ is preached. And because of this I rejoice. Yes, and I will continue to rejoice,
  4. for I know that through your prayers and the help given by the Spirit of Jesus Christ, what has happened to me will turn out for my deliverance.
  5. I eagerly expect and hope that I will in no way be ashamed, but will have sufficient courage so that now as always Christ will be exalted in my body, whether by life or by death.
 
 
  1. Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır.
  2. Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm.
  3. Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır.
  4. Amma sağ qalmağım sizin üçün daha lazımlıdır.
  5. Buna əmin olaraq bilirəm: sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam edəcəyəm ki, imanda həm irəliləyəsiniz, həm də sevinəsiniz.
  1. For to me, to live is Christ and to die is gain.
  2. If I am to go on living in the body, this will mean fruitful labor for me. Yet what shall I choose? I do not know!
  3. I am torn between the two: I desire to depart and be with Christ, which is better by far;
  4. but it is more necessary for you that I remain in the body.
  5. Convinced of this, I know that I will remain, and I will continue with all of you for your progress and joy in the faith,
 
 
  1. Belə ki bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsada fəxriniz artsın.
  2. Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz
  3. və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir.
  4. Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu.
  5. Apardığım mübarizəni əvvəldən gördünüz, indi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız.
  1. so that through my being with you again your joy in Christ Jesus will overflow on account of me.
  2. Whatever happens, conduct yourselves in a manner worthy of the gospel of Christ. Then, whether I come and see you or only hear about you in my absence, I will know that you stand firm in one spirit, contending as one man for the faith of the gospel
  3. without being frightened in any way by those who oppose you. This is a sign to them that they will be destroyed, but that you will be saved--and that by God.
  4. For it has been granted to you on behalf of Christ not only to believe on him, but also to suffer for him,
  5. since you are going through the same struggle you saw I had, and now hear that I still have.
 
   
  irəli  1  2  3  4   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.