|
- Bütün millət tamamilə İordan çayını keçəndən sonra Rəbb Yeşuaya dedi:
- «Hər qəbilədən bir adam olmaqla özünüzə xalqdan on iki adam götürün.
- Onlara əmr et ki, buradan, İordan çayının ortasından, kahinlərin ayaqlarının möhkəm durduğu yerdən on iki daş götürsünlər. Bu daşları aparıb bu gecə qaldığınız yerdə qoyun».
- Yeşua hər qəbilədən bir adam olmaqla İsrail övladlarının arasından seçdiyi on iki adamı çağırdı.
- Yeşua onlara dedi: «Allahınız Rəbbin sandığı önündən İordan çayının ortasına keçib İsrail qəbilələrinin sayına görə hərəniz çiyninizə bir daş götürün.
|
|