Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 6  7  8  9  10  11  12  13  14  15  16  17  . . . 24   qeri  
  -1   [font9]   +1  
YEŞUA 12 [Azerbaycan]   
 
  1. İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər.
  2. Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı,
  3. şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi.
  4. Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi.
  5. O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi.
 
 
  1. Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi.
  2. Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır:
  3. Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi.
  4. Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı;
  5. Yerusəlim padşahı; Xevron padşahı;
 
 
  1. Yarmut padşahı; Lakiş padşahı;
  2. Eqlon padşahı; Gezer padşahı;
  3. Devir padşahı; Geder padşahı;
  4. Xorma padşahı; Arad padşahı;
  5. Livna padşahı; Adullam padşahı;
 
 
  1. Maqqeda padşahı; Bet-El padşahı;
  2. Tappuah padşahı; Xefer padşahı;
  3. Afeq padşahı; Laşşaron padşahı;
  4. Madon padşahı; Xasor padşahı;
  5. Şimron-Meron padşahı; Akşaf padşahı;
 
 
  1. Taanak padşahı; Megiddo padşahı;
  2. Qedeş padşahı; Karmeldəki Yoqneam padşahı;
  3. Nafot-Dordakı Dor padşahı; Qilqaldakı Qoyim padşahı;
  4. Tirsa padşahı. Bütün padşahlar cəmi 31 nəfər idi.
 
   
  irəli  1  . . . 6  7  8  9  10  11  12  13  14  15  16  17  . . . 24   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.