|
- Rəbb insanı həm öldürür, həm dirildir. Ölülər diyarına həm endirir, həm çıxarır.
- Rəbb yoxsulluq və var-dövlət göndərir, Alçaldır və yüksəldir.
- O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, Onlara irs olaraq şərəf taxtını verir. Çünki Rəbb yerin təməlini qoydu, Onun üzərində dünyanı qurdu.
- Sadiq qullarının addımlarını qoruyur, Pisləri isə zülmətdə susdurur. Çünki insan öz qüvvəsi ilə zəfər çalmır.
- Rəbbə qarşı duranlar parça-parça olacaq, Haqq-Taala onların üzərində göyləri gurladacaq. Rəbb yer üzünün qurtaracağınadək hər yerdə hakimlik edir, Öz padşahına qüvvət verəcək, Məsh etdiyinə böyük güc verəcək!»
|
|