Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 4  5  6  7  8  9  10  11  12  13  14  15  . . . 50   qeri  
  -1   [font9]   +1  
YARADILIŞ 10 [Azerbaycan]   
 
  1. Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.
  2. Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.
  3. Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma.
  4. Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim.
  5. Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı.
 
 
  1. Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan.
  2. Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.
  3. Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.
  4. Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir.
  5. Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi.
 
 
  1. O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı,
  2. Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.
  3. Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,
  4. Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.
  5. Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,
 
 
  1. həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,
  2. Xivlilər, Arqlılar, Sinlilər,
  3. Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı.
  4. Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı.
  5. Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi.
 
 
  1. Everin bütün oğullarının əcdadı və Yafəsin böyük qardaşı olan Samın da oğulları oldu.
  2. Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram.
  3. Aramın oğulları: Us, Xul, Geter və Maş.
  4. Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi.
  5. Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi.
 
 
  1. Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah,
  2. Hadoram, Uzal, Diqla,
  3. Oval, Avimael, Səba,
  4. Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi.
  5. Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı.
 
 
  1. Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi.
  2. Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı.
 
   
  irəli  1  . . . 4  5  6  7  8  9  10  11  12  13  14  15  . . . 50   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.