|
- Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmisi üç nəfər.
- Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmisi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi.
- Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi.
- Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi.
- Yediaelin nəsli: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşiş və Axişaxar.
|
|