|
- Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər.
- Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi.
- O, Allahın məbədinin bütün böyük və kiçik əşyalarını, Rəbbin məbədinin xəzinələrini, padşahın və onun rəislərinin xəzinələrini – hər şeyi Babilə apardı.
- Xaldeylilər Allahın məbədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər.
- Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu.
|
|