Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10   qeri  
  -1   [font9]   +1  
ESTER 1 [Azerbaycan:NASB]   
 
  1. Bu hadisələr Axaşveroşun dövründə baş vermişdi. Axaşveroş Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayət üzərində padşahlıq edirdi.
  2. O dövrdə padşah Axaşveroş Şuşan qalasında taxtında oturmuşdu.
  3. Padşahlığının üçüncü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midiyanın sərkərdələri, əsilzadələri və vilayət başçıları onun hüzuruna gəldi.
  4. O, uzun müddət ərzində, yəni yüz səksən gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirdi.
  5. Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında yeddi gün ayrı bir ziyafət verdi.
  1. Now it took place in the days of Ahasuerus, the Ahasuerus who reigned from India to Ethiopia over 127 provinces,
  2. in those days as King Ahasuerus sat on his royal throne which was at the citadel in Susa,
  3. in the third year of his reign he gave a banquet for all his princes and attendants, the army officers of Persia and Media, the nobles and the princes of his provinces being in his presence.
  4. And he displayed the riches of his royal glory and the splendor of his great majesty for many days, 180 days.
  5. When these days were completed, the king gave a banquet lasting seven days for all the people who were present at the citadel in Susa, from the greatest to the least, in the court of the garden of the king's palace.
 
 
  1. Bağçada tünd qırmızı zərif kətan qaytanlarla mərmər sütunlardakı gümüş halqalara keçirilmiş pambıq parçadan ağ və bənövşəyi pərdələr var idi. Sumaqdaşı, mərmər, sədəf və başqa qiymətli daşlardan düzəldilmiş döşəmə üzərində qızıl və gümüş kürsülər qoyulmuşdu.
  2. Oradakılara bir-birindən fərqli qızıl camlarda padşahın səxavətinə layiq bol-bol şahanə şərab təqdim edilirdi.
  3. Padşahın əmri ilə şərab içmək üçün hüdud qoyulmamışdı, çünki padşah şərab məmurlarına əmr etmişdi ki, hər kəsə istəyinə görə xidmət göstərilsin.
  4. Mələkə Vaşti də Axaşveroşun sarayında qadınlar üçün ziyafət qurdu.
  5. Yeddinci gün padşah Axaşveroşun ürəyi şərabdan nəşələnəndə hüzurunda xidmət edən Mehuman, Bizzeta, Xarvona, Biqta, Avaqta, Zetar və Karkas adlı yeddi hərəmağasına belə əmr etdi:
  1. There were hangings of fine white and violet linen held by cords of fine purple linen on silver rings and marble columns, and couches of gold and silver on a mosaic pavement of porphyry, marble, mother-of-pearl and precious stones.
  2. Drinks were served in golden vessels of various kinds, and the royal wine was plentiful according to the king's bounty.
  3. The drinking was done according to the law, there was no compulsion, for so the king had given orders to each official of his household that he should do according to the desires of each person.
  4. Queen Vashti also gave a banquet for the women in the palace which belonged to King Ahasuerus.
  5. On the seventh day, when the heart of the king was merry with wine, he commanded Mehuman, Biztha, Harbona, Bigtha, Abagtha, Zethar and Carkas, the seven eunuchs who served in the presence of King Ahasuerus,
 
 
  1. «Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin». O, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirmək istəyirdi, çünki mələkə cazibədar idi.
  2. Lakin mələkə Vaşti hərəmağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb-yaxdı.
  3. Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət edərdi, ona görə də müdrik adamlarla məsləhətləşdi.
  4. Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub Fars-Midiya padşahlığının yeddi rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi.
  5. Padşah soruşdu: «Qanuna əsasən mələkə Vaştiyə nə edilməlidir? O, padşah Axaşveroşun hərəmağalar vasitəsilə göndərdiyi əmrə əməl etmədi».
  1. to bring Queen Vashti before the king with her royal crown in order to display her beauty to the people and the princes, for she was beautiful.
  2. But Queen Vashti refused to come at the king's command delivered by the eunuchs. Then the king became very angry and his wrath burned within him.
  3. Then the king said to the wise men who understood the times--for it was the custom of the king so to speak before all who knew law and justice
  4. and were close to him: Carshena, Shethar, Admatha, Tarshish, Meres, Marsena and Memucan, the seven princes of Persia and Media who had access to the king's presence and sat in the first place in the kingdom--
  5. "According to law, what is to be done with Queen Vashti, because she did not obey the command of King Ahasuerus delivered by the eunuchs?"
 
 
  1. Memukan padşahın və rəislərin hüzurunda dedi: «Mələkə Vaşti yalnız padşaha deyil, bütün rəislərə qarşı, padşah Axaşveroşun bütün vilayətlərindəki xalqların hamısına qarşı günah işlətdi.
  2. Çünki mələkənin bu hərəkəti hansı qadının qulağına çatsa və onlara “padşah Axaşveroş mələkə Vaştini öz önünə gətirilməsini əmr etmişdi, o isə imtina etdi” deyilsə, bütün qadınlar öz ərlərinə xor baxacaq.
  3. Mələkənin bu gün gördüyü işi eşidən Fars və Midiya xanımları padşahın bütün rəisləri ilə belə rəftar edəcək. Bununla da çoxlu itaətsizlik və münaqişə olacaq.
  4. Əgər padşahın gözündə xoş görünərsə, qoy padşah tərəfindən belə bir əmr verilsin: “Vaşti bir daha padşah Axaşveroşun önünə çıxmasın”. Qoy bu əmr Farsların və Midiyalıların qanunları arasına yazılsın və dəyişdirilməsin. Padşah isə onun mələkəliyini daha yaxşısına versin.
  5. Padşahın verdiyi əmr öz böyük padşahlığının hər yerində elan ediləndə böyükdən kiçiyə qədər bütün qadınlar öz ərlərinə hörmətlə yanaşacaq».
  1. In the presence of the king and the princes, Memucan said, "Queen Vashti has wronged not only the king but also all the princes and all the peoples who are in all the provinces of King Ahasuerus.
  2. "For the queen's conduct will become known to all the women causing them to look with contempt on their husbands by saying, 'King Ahasuerus commanded Queen Vashti to be brought in to his presence, but she did not come.'
  3. "This day the ladies of Persia and Media who have heard of the queen's conduct will speak in the same way to all the king's princes, and there will be plenty of contempt and anger.
  4. "If it pleases the king, let a royal edict be issued by him and let it be written in the laws of Persia and Media so that it cannot be repealed, that Vashti may no longer come into the presence of King Ahasuerus, and let the king give her royal position to another who is more worthy than she.
  5. "When the king's edict which he will make is heard throughout all his kingdom, great as it is, then all women will give honor to their husbands, great and small."
 
 
  1. Bu söz padşahın və rəislərin xoşuna gəldi, padşah Memukanın təklifinə əməl etdi.
  2. Padşahın bütün vilayətlərinə yazılı əmrlər göndərdi. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazıldı. «Hər kişi öz ailəsində hakim olsun və öz xalqının dilində danışsın» deyə elan edildi.
  1. This word pleased the king and the princes, and the king did as Memucan proposed.
  2. So he sent letters to all the king's provinces, to each province according to its script and to every people according to their language, that every man should be the master in his own house and the one who speaks in the language of his own people.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.