Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 5 [Azerbaycan]   
 
  1. Ya Rəbb, sözlərimə qulaq as, Ah-naləmə nəzər sal.
  2. Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm.
  3. Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm.
  4. Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz.
  5. Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən.
 
 
  1. Yalan söyləyənləri məhv edirsən, Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən.
  2. Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm.
  3. Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.
  4. Onların dillərində düz söz yoxdur, Ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, Dilləri yalan danışır.
  5. Ey Allah, onları təqsirkar çıxar, Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın. Onları saysız günahlarına görə qov, Çünki Sənin əleyhinə qalxıblar.
 
 
  1. Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Səni sevənlər sevincdən cuşa gəlsin!
  2. Ya Rəbb, salehə xeyir-dua verirsən, Lütfünlə sipər kimi onları hifz edirsən.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.