Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 6 [Azerbaycan]   
 
  1. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə.
  2. Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır.
  3. Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?
  4. Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!
  5. Səni ölüb-gedən insan xatırlamaz. O necə ölülər diyarından Sənə şükür etsin?
 
 
  1. Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.
  2. Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib.
  3. Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,
  4. O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi!
  5. Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.
 
 
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.