Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 7 [Azerbaycan]   
 
  1. Ey Rəbb Allahım, Sənə sığınmışam, Məni bütün təqibçilərimdən qurtar, Məni xilas et.
  2. Yoxsa aslan kimi məni parçalayarlar, Xilas edən olmasa, məni didib-dağıdarlar.
  3. Ya Rəbb Allahım, əgər günah etmişəmsə, Əllərimdən haqsızlıq gəlibsə,
  4. Əgər dostuma xəyanət etmişəmsə, Düşmənimi nahaqdan qarət etmişəmsə,
  5. Qoy məni düşmən qovub tutsun, Bədənimi təpik altına salsın, Şərəfimi yerə vursun. Sela
 
 
  1. Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et!
  2. Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver.
  3. Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
  4. Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
  5. Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir.
 
 
  1. Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir.
  2. Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar,
  3. Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar.
  4. Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar.
  5. Onlar başqasına quyu qazar, dərinləşdirər, Qazdıqları quyuya özləri düşər.
 
 
  1. Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər.
  2. Rəbbə ədalətinə görə şükür edəcəyəm, Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.