Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 4  5  6  7  8  9  10  11  12  13  14  15  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 10 [Azerbaycan]   
 
  1. Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən?
  2. Pislər təkəbbürlə məzlumları təqib edir, Öz qurduqları fəndlərə özləri düşür.
  3. Pis insan könlünün istəkləri ilə fəxr edir, Acgöz Rəbbə xor baxır, Ona küfr edir.
  4. Təkəbbürlü, pis insan Allahı axtarmaz, «Allah yoxdur» deyə düşünər.
  5. Belə insan həmişə uğur qazanar, Bütün düşmənlərinə xor baxar. Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır.
 
 
  1. Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm».
  2. Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur, Dilinin altında zülm və şər var.
  3. Kəndlərdə pusqu yerlərini qurar, Günahsızları xəlvətcə öldürər. Biçarəyə göz qoyub gizlicə güdər,
  4. Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar, Məzlumu tutmaq üçün güdər, Toruna salıb onu tutar.
  5. Biçarələrin başından basıb qəddini qırar, Onlar bu pis adamın əlindən yıxılar.
 
 
  1. Pis adam belə düşünər: «Allah məni yaddan çıxarıb, Heç vaxt görməz, çünki mənə göz yumub».
  2. Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır! Unutma məzlumları!
  3. Niyə pis insan Allaha küfr etsin? Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin?
  4. Amma Sən bu əzab-əziyyətə baxırsan, Məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, Yetimlərin imdadı Sənsən.
  5. Şər iş görənin, pis insanın qol-qanadını qır, Axıracan pisliklərini ifşa et.
 
 
  1. Rəbb sonsuzadək, əbədi padşahdır! Onun diyarından millətlər yox olacaq.
  2. Ya Rəbb, məzlumların səsini eşidəcəksən, Onları ürəkləndirib diqqət yetirəcəksən.
  3. Yetimə, fəqirə ədalət göstərəcəksən; Belə ki torpaqdan yaradılan insan Bir daha təhlükə yaratmasın.
 
   
  irəli  1  . . . 4  5  6  7  8  9  10  11  12  13  14  15  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.