Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 40   qeri  
  -1   [font10]   +1  
ÇIXIŞ 1 [Azerbaycan]   
 
  1. Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi:
  2. Ruven, Şimeon, Levi, Yəhuda,
  3. İssakar, Zevulun, Binyamin,
  4. Dan, Naftali, Qad, Aşer,
  5. Yaqubun nəslindən törənən yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi.
 
 
  1. Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin hamısı öldü.
  2. Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar qüvvətləndi; ölkə onlarla doldu.
  3. Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı.
  4. O, xalqına dedi: «Baxın İsrail övladları sayca bizdən çox və daha qüvvətlidir.
  5. Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər».
 
 
  1. Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər.
  2. Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı. Onda Misirlilər İsrail övladlarından qorxub,
  3. onları sıxıntılı əsarətdə saxladılar.
  4. Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər.
  5. Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi:
 
 
  1. «İbrani qadınlarını doğuzduranda baxın: əgər uşaq oğlan olarsa, onu öldürün, yox, əgər qız olsa, qoy yaşasın».
  2. Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının onlara əmr etdiyi kimi etmədilər və oğlan uşaqlarını sağ buraxdılar.
  3. Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi: «Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?»
  4. Mamaçalar firona dedilər: «Çünki İbrani qadınları Misirli qadınlar kimi deyil, onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən əvvəl doğurlar».
  5. Buna görə Allahın xalqı çoxalıb artdı. Allah mamaçalara da xeyirxahlıq göstərdi.
 
 
  1. Ondan qorxduqlarına görə bu qadınlara da ailə nəsib etdi.
  2. Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər qız uşağını isə sağ qoyun».
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 40   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.