|
- Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
- Əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən,
- budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini qaldıracaq; çox ağır qırğın olacaq.
- Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”».
- Rəbb vaxt təyin edib dedi: «Rəbb bunu ölkədə sabah edəcək».
|
|