|
- Rəbb deyir: Madam ki Sion qızları çox təkəbbürlüdür, Boylana-boylana gəzir, göz-qaş oynadır, Addımlarını asta-asta atırlar, Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər,
- Buna görə də Xudavənd Sion qızlarının başlarına qotur salacaq. Ayıb yerlərini açıb göstərəcək.
- O gün Xudavənd onların bəzəklərini – Topuqlara taxılan bilərziklərini, Araqçınlarını, aypara şəkilli boyunbağılarını,
- Sırğalarını, qolbaqlarını, örpəklərini,
- Tac şəkilli başlıqlarını, Bazubəndlərini, qurşaqlarını, Ətirlə dolu mücrülərini, Tilsimlənmiş bəzək əşyalarını,
|
|