|
- Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi Onları da qırmancla vuracağam, Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa, İndi də elə edəcəyəm.
- O gün Aşşurun yükü çiyninizdən, Boyunduruğu boynunuzdan götürüləcək. Dirçəldiyinizə görə boyunduruq qırılacaq.
- Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar.
- Onlar keçidi keçdi, Gevada gecələdi, Rama şəhəri lərzəyə gəldi, Şaulun şəhəri Giveada yaşayanlar qaçdı.
- Ey Qallim əhli, səsini ucalt! Ey Layşa, dinlə, Ey zavallı Anatot!
|
|