Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 52   qeri  
  -1   [font9]   +1  
YEREMYA 3 [Azerbaycan]   
 
  1. Əgər bir adam öz arvadını boşasa, Arvad da onu tərk edib başqasına ərə getsə, O adam bir də arvadının yanına qayıdarmı? Belə etsə, ölkə də tamamilə murdar olmazmı? Sənsə çoxlu oynaşla zina etdin, yenə də Mənə tərəf dönürsən?» Rəbb belə bəyan edir.
  2. «Başını çılpaq təpələrə tərəf qaldırıb bax. Sevişmədiyin yer varmı? Səhrada yaşayan bədəvi kimi Yol kənarında oturdun və oynaşlarını gözlədin. Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin.
  3. Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı. Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin.
  4. İndi Məni “Atam, cavanlığımdan bəri mənim dostumsan.
  5. Sən həmişə qəzəbli olacaqsan, Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan. Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən».
 
 
  1. Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi.
  2. İsrail bütün bunları edəndən sonra “o Mənə tərəf qayıdacaq” dedim, ancaq o qayıtmadı. Xəyanətkar bacısı Yəhuda da bunu gördü.
  3. Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi.
  4. Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi.
  5. Bütün bunlara baxmayaraq onun xəyanətkar bacısı Yəhuda Mənə bütün qəlbi ilə deyil, hiylə ilə üz tutdu» Rəbb belə bəyan edir.
 
 
  1. Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu.
  2. Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram.
  3. Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin, hər kölgəli ağacın altında yad allahlara könül verdin və Mənim sözümə qulaq asmadınız” Rəbb belə bəyan edir.
  4. “Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm.
  5. Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər.
 
 
  1. Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək.
  2. O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər.
  3. O günlərdə Yəhuda nəsli İsrail nəsli ilə birləşib şimal ölkəsindən atalarınıza irs olaraq verdiyim torpağa birgə gələcək”.
  4. Mən dedim: “Necə də istərdim, səni oğullarımın arasına qoyum, Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim! Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız, Məndən üz döndərməyəcəksiniz.
  5. Bir arvad öz ərinə xəyanət edirsə, Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!” Rəbb belə bəyan edir.
 
 
  1. “Çılpaq təpələr üzərində bir səs – İsrail övladlarının Ağlaşma və yalvarışları eşidilir, Çünki onlar yollarını azdı, Özlərinin Allahı Rəbbi unutdu.
  2. Geri qayıdın, ey dönük övladlar, Dönüklüyünüzə şəfa verim”. Onlar da deyəcək: “Budur, biz Sənə tərəf gəlirik, Çünki Allahımız Rəbb Sənsən.
  3. Doğrudan da, təpələrdən, dağlardan gələn Hay-küy yalandır. Əslində İsrailin xilası Allahımız Rəbdədir.
  4. Cavanlığımızdan bəri Rüsvayçı bütlər Atalarımızın zəhmətini, Sürülərini və mal-qaralarını, Oğullarını və qızlarını tələf etdi.
  5. Biz xəcalətimiz içində yatırıq, Rüsvayçılıq bizim yorğanımızdır, Çünki cavanlığımızdan indiyədək Biz və atalarımız Allahımız Rəbbə qarşı günah etdik, Allahımız Rəbbin sözünə qulaq asmadıq”».
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 52   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.