Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 52   qeri  
  -1   [font9]   +1  
YEREMYA 6 [Azerbaycan:Russian]   
 
  1. Ey Binyamin övladları, Yerusəlimin içindən qaçıb qurtarın. Teqoada şeypur çalın, Bet-Hakkeremdə odla işarə verin, Çünki şimaldan fəlakət, Böyük qırğın zahir olur.
  2. Mən gözəl və zərif qızı – Sion qızını talan edəcəyəm.
  3. Çobanlar öz sürüləri ilə Ona qarşı gələcək, Hər tərəfdən onun önündə çadır quracaq. Hər kəs öz yerində sürüsünü otaracaq.
  4. Sion qızı ilə döyüşə hazırlaşın! Qalxın, günorta çağı hücum edək! Vay halımıza! Gün tutqunlaşır, Axşam kölgələri uzanır.
  5. Qalxın, gecə vaxtı hücum edək! Onun imarətlərini dağıdaq!
  1. Бегите, дети Вениаминовы, из среды Иерусалима, и в Фекое трубите трубою и дайте знать огнем в Бефкареме, ибо от севера появляется беда и великая гибель.
  2. Разорю Я дочь Сиона, красивую и изнеженную.
  3. Пастухи со своими стадами придут к ней, раскинут палатки вокруг нее; каждый будет пасти свой участок.
  4. Приготовляйте против нее войну; вставайте и пойдем в полдень. Горе нам! день уже склоняется, распростираются вечерние тени.
  5. Вставайте, пойдем и ночью, и разорим чертоги ее!
 
 
  1. Ordular Rəbbi belə dedi: «Ağac kəsin, Yerusəlimin önündə torpaq qalağı qurun. Bu şəhər cəzalanmalıdır, Çünki zorakılıqla dolub-daşır.
  2. Bir bulaqdan necə su axarsa, Bu şəhərdən də eləcə pislik fışqırır. İçində zorakılıq və soyğunçuluq səsi eşidilir. Önümdə həmişə dərd və yara görürəm.
  3. Ey Yerusəlim, ibrət al, Yoxsa səndən üz döndərərəm, Səni xarabaya, əhalisiz torpağa çevirərəm».
  4. Ordular Rəbbi belə deyir: «Tənəkdən son üzümlər yığılan kimi İsrailin qalan əhalisi də Yığılıb qurtaracaq. Üzümyığan kimi Yenə meynə budaqlarına əlini uzat».
  5. Kiminlə danışım, Kimə xəbərdarlıq edim ki, qulaq assın? Axı qulaqları tıxanıb, Eşidə bilmirlər. Onların arasında Rəbbin sözünə lağ edilir, Ondan xoşları gəlmir.
  1. Ибо так говорит Господь Саваоф: рубите дерева и делайте насыпь против Иерусалима: этот город должен быть наказан; в нем всякое угнетение.
  2. Как источник извергает из себя воду, так он источает из себя зло: в нем слышно насилие и грабительство, пред лицем Моим всегда обиды и раны.
  3. Вразумись, Иерусалим, чтобы душа Моя не удалилась от тебя, чтоб Я не сделал тебя пустынею, землею необитаемою.
  4. Так говорит Господь Саваоф: до конца доберут остаток Израиля, как виноград; работай рукою твоею, как обиратель винограда, наполняя корзины.
  5. К кому мне говорить и кого увещевать, чтобы слушали? Вот, ухо у них необрезанное, и они не могут слушать; вот, слово Господне у них в посмеянии; оно неприятно им.
 
 
  1. Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam, Özümü ələ almaqdan yorulmuşam. «Qəzəbini küçədə olan uşaqların, Yığılan cavanların üzərinə tök. Bəli, ər də, arvad da, Qoca da, yaşa dolmuş adam da ələ keçəcək.
  2. Evləri, tarlaları və arvadları da Başqalarına qalacaq. Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam» Rəbb belə bəyan edir.
  3. «Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur.
  4. Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər, “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur.
  5. İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Mən onları cəzalandıranda Yerə səriləcəklər» deyir Rəbb.
  1. Поэтому я преисполнен яростью Господнею, не могу держать ее в себе; изолью ее на детей на улице и на собрание юношей; взяты будут муж с женою, пожилой с отжившим лета.
  2. И домы их перейдут к другим, равно поля и жены; потому что Я простру руку Мою на обитателей сей земли, говорит Господь.
  3. Ибо от малого до большого, каждый из них предан корысти, и от пророка до священника--все действуют лживо;
  4. врачуют раны народа Моего легкомысленно, говоря: 'мир! мир!', а мира нет.
  5. Стыдятся ли они, делая мерзости? нет, нисколько не стыдятся и не краснеют. За то падут между падшими, и во время посещения Моего будут повержены, говорит Господь.
 
 
  1. Rəbb belə deyir: «Yolayrıcında dayanıb baxın, Əzəldən olan yolları soruşun. Yaxşı yolun harada olduğunu öyrənin, O yolla gedin. Onda ürəyiniz dinclik tapar. Ancaq siz “o yolla getməyəcəyik” dediniz.
  2. Mən sizin üzərinizə Gözətçilər qoyub dedim: “Şeypur səsinə qulaq asın!” Ancaq siz “qulaq asmayacağıq” dediniz.
  3. Buna görə də, ey millətlər, qulaq asın, Ey camaat, bilin ki, Onların başına nə gələcək.
  4. Eşit, ey yer üzü, Mən bu xalqın başına fəlakət gətirəcəyəm. Bu onların niyyətlərinin bəhrəsi olacaq. Çünki Mənim sözlərimə qulaq asmadılar, Mənim qanunumu rədd etdilər.
  5. Səbadan gətirilən kündür, Uzaq ölkədən gəlmiş ətirli qamış Nəyimə lazımdır? Yandırma qurbanlarınız Mənə məqbul deyil, Başqa qurbanlarınız da Mənə xoş deyil».
  1. Так говорит Господь: остановитесь на путях ваших и рассмотрите, и расспросите о путях древних, где путь добрый, и идите по нему, и найдете покой душам вашим. Но они сказали: 'не пойдем'.
  2. И поставил Я стражей над вами, [сказав]: 'слушайте звука трубы'. Но они сказали: 'не будем слушать'.
  3. Итак слушайте, народы, и знай, собрание, что с ними будет.
  4. Слушай, земля: вот, Я приведу на народ сей пагубу, плод помыслов их; ибо они слов Моих не слушали и закон Мой отвергли.
  5. Для чего Мне ладан, который идет из Савы, и благовонный тростник из дальней страны? Всесожжения ваши неугодны, и жертвы ваши неприятны Мне.
 
 
  1. Buna görə də Rəbb belə deyir: «Mən bu xalqın qabağına Maneələr qoyacağam. Atalar və oğullar birlikdə Onlara ilişib yıxılacaq. Qonşu dostu ilə birgə həlak olacaq».
  2. Rəbb belə deyir: «Budur, şimal ölkəsindən Bir xalq gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət hərəkətə gəlir.
  3. Onlar əllərində ox-kaman və nizə tutub, Rəhmsizdirlər, heç kəsə acımırlar. Səsləri dəniz kimi gurlayır, Atlara miniblər. Onlar yekdilliklə səninlə Müharibəyə hazırdır, ey Sion qızı!»
  4. Onlar haqqında xəbər eşitdik, Əllərimiz yanımıza düşdü. Doğan qadın kimi bizi Sıxıntı və əzab bürüdü.
  5. Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var.
  1. Посему так говорит Господь: вот, Я полагаю пред народом сим преткновения, и преткнутся о них отцы и дети вместе, сосед и друг его, и погибнут.
  2. Так говорит Господь: вот, идет народ от страны северной, и народ великий поднимается от краев земли;
  3. держат в руках лук и копье; они жестоки и немилосерды, голос их шумит, как море, и несутся на конях, выстроены, как один человек, чтобы сразиться с тобою, дочь Сиона.
  4. Мы услышали весть о них, и руки у нас опустились, скорбь объяла нас, муки, как женщину в родах.
  5. Не выходите в поле и не ходите по дороге, ибо меч неприятелей, ужас со всех сторон.
 
 
  1. Ey əziz xalqım! Çul geyin və küldə yuvarlan. Vahid oğluna yas tutan kimi Yas tutub acı-acı ağla. Çünki məhv edən qəflətən başımızın üstünü alacaq.
  2. Rəbb deyir: «Ey Yeremya, Mən səni qoydum ki, Xalqımı yoxlayıb imtahan edəsən, Onlara nəzər qoyub əməllərini sınayasan.
  3. Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub.
  4. Körük basılır, Atəşində qurğuşun əriyir. Ancaq dəmirçi nahaq yerə əridir, Çünki pislər ayrılmır.
  5. Onlara isə “atılmış gümüş” deyəcəklər, Çünki Rəbb onları atdı».
  1. Дочь народа моего! опояшь себя вретищем и посыпь себя пеплом; сокрушайся, как бы о смерти единственного сына, горько плачь; ибо внезапно придет на нас губитель.
  2. Башнею поставил Я тебя среди народа Моего, столпом, чтобы ты знал и следил путь их.
  3. Все они--упорные отступники, живут клеветою; это медь и железо, --все они развратители.
  4. Раздувальный мех обгорел, свинец истлел от огня: плавильщик плавил напрасно, ибо злые не отделились;
  5. отверженным серебром назовут их, ибо Господь отверг их.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 52   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.