|
- Əziz xalqımın yarasını Yüngülcəsinə müalicə edirlər. “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur.
- İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb-qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Onları cəzalandırdığım vaxt Yerə səriləcəklər» deyir Rəbb.
- «Onları qırıb-çatacağam» Rəbb belə bəyan edir. «Tənək üzüm gətirməyəcək, Əncir ağacı bar verməyəcək, Yarpaqlar solacaq. Mən onlara nə verdimsə, Hamısı əllərindən alınacaq».
- «Nə üçün yerimizdə oturmuşuq? Yığılın, gedib qalalı şəhərlərə girək, Orada həlak olaq, Çünki Allahımız Rəbb Bizi ölümə təslim etdi, Bizə zəhərli su içirdi, Ona görə ki Rəbbə qarşı günah etdik.
- Sülh gözləyirik, amma xeyir gəlmir. Şəfa vaxtını gözləyirik, Amma dəhşət gəlir.
|
|