Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5   qeri  
  -1   [font9]   +1  
MƏRSİYƏLƏR 1 [Azerbaycan:NIV]   
 
  1. Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi, İndi dul qadına bənzəyir – Millətlər arasında ulu sayılan, Ellər arasında mələkə olan, Bu şəhər nökərçilik edir.
  2. Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu.
  3. Yəhuda dərdə, ağır zillətə düşüb, İndi sürgünə gedir. O, millətlər arasında yaşayır, O torpaqlarda rahatlıq tapmır, Yəhuda bu iztiraba düşəndə, Təqibçilər ona çatdılar.
  4. Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır,
  5. İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı.
  1. How deserted lies the city, once so full of people! How like a widow is she, who once was great among the nations! She who was queen among the provinces has now become a slave.
  2. Bitterly she weeps at night, tears are upon her cheeks. Among all her lovers there is none to comfort her. All her friends have betrayed her; they have become her enemies.
  3. After affliction and harsh labor, Judah has gone into exile. She dwells among the nations; she finds no resting place. All who pursue her have overtaken her in the midst of her distress.
  4. The roads to Zion mourn, for no one comes to her appointed feasts. All her gateways are desolate, her priests groan, her maidens grieve, and she is in bitter anguish.
  5. Her foes have become her masters; her enemies are at ease. The LORD has brought her grief because of her many sins. Her children have gone into exile, captive before the foe.
 
 
  1. Sion qızının cah-calalı yox oldu, Onların başçıları otlaqsız maral kimi oldu, Onlar təqib edənlərin qarşısından Taqətsiz qaçırlar.
  2. Yerusəlim sıxıntı içində avara gəzərkən Ötən günlərdə olan bütün sərvətini xatırlayır, Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur. Düşmənləri ona baxır, Yıxılmağına gülür.
  3. Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir.
  4. Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı.
  5. Onun bütün sərvətini talamaq üçün Düşmən əlini uzatdı. Göz önündəcə millətlər, Camaatın arasına girməsini qadağan etdiyin Müqəddəs məkanına soxuldu.
  1. All the splendor has departed from the Daughter of Zion. Her princes are like deer that find no pasture; in weakness they have fled before the pursuer.
  2. In the days of her affliction and wandering Jerusalem remembers all the treasures that were hers in days of old. When her people fell into enemy hands, there was no one to help her. Her enemies looked at her and laughed at her destruction.
  3. Jerusalem has sinned greatly and so has become unclean. All who honored her despise her, for they have seen her nakedness; she herself groans and turns away.
  4. Her filthiness clung to her skirts; she did not consider her future. Her fall was astounding; there was none to comfort her. "Look, O LORD, on my affliction, for the enemy has triumphed."
  5. The enemy laid hands on all her treasures; she saw pagan nations enter her sanctuary-- those you had forbidden to enter your assembly.
 
 
  1. Oranın bütün xalqı zarıyır, çörək axtarır, Canlarını taqətə gətirmək üçün Sərvətlərinin əvəzinə azuqə alır. «Ya Rəbb, indi bax, halımı gör, Bir səfilə dönmüşəm».
  2. Ey yoldan keçənlərin hamısı, Bu iş sizin üçün boşdurmu? Baxın dərdimə, bunun kimisi varmı, Mənim başıma gətirilən dərd başqasında olarmı? Rəbb qəzəbdən alovlananda Bu dərdi başıma tökdü.
  3. Yuxarıdan od göndərdi, Sümüklərimədək bu odu yeritdi. Ayaqlarım üçün tor qurdu, Məni geri qaytardı. Gün boyu məni yalqız qoydu, taqətdən saldı.
  4. Xudavənd günahlarımı mənə boyunduruq etdi, Əli ilə bir-birinə hördü, Onları boynuma keçirtdi, Taqətimi tükəndirdi. Məni qarşısında dura bilmədiyim İnsanlara təslim etdi.
  5. Məni müdafiə edən cəngavərlər vardı, Hamısı Xudavənd tərəfindən atıldı. Mənə qarşı bir ordu göndərdi, Seçmə igidlərimi qırıb tapdalatdı. Bakirə Yəhuda qızını üzümsıxanda əzdi.
  1. All her people groan as they search for bread; they barter their treasures for food to keep themselves alive. "Look, O LORD, and consider, for I am despised."
  2. "Is it nothing to you, all you who pass by? Look around and see. Is any suffering like my suffering that was inflicted on me, that the LORD brought on me in the day of his fierce anger?
  3. "From on high he sent fire, sent it down into my bones. He spread a net for my feet and turned me back. He made me desolate, faint all the day long.
  4. "My sins have been bound into a yoke ; by his hands they were woven together. They have come upon my neck and the Lord has sapped my strength. He has handed me over to those I cannot withstand.
  5. "The Lord has rejected all the warriors in my midst; he has summoned an army against me to crush my young men. In his winepress the Lord has trampled the Virgin Daughter of Judah.
 
 
  1. Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb.
  2. Sion əl açıb, Amma ona təsəlli verən yoxdur. Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib: «Qoy qonşuları onun düşməni olsun, Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib».
  3. Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım, Ey bütün xalqlar, siz mənə qulaq asın! Mənim çəkdiyim bu dərdə baxın, Bakirə qızlarım, igidlərim sürgünə gedib.
  4. Müttəfiqlərimi çağırdım, Lakin məni aldatdılar, Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün Yemək axtardılar, Amma şəhərin içindəcə canlarını tapşırdılar.
  5. Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir.
  1. "This is why I weep and my eyes overflow with tears. No one is near to comfort me, no one to restore my spirit. My children are destitute because the enemy has prevailed."
  2. Zion stretches out her hands, but there is no one to comfort her. The LORD has decreed for Jacob that his neighbors become his foes; Jerusalem has become an unclean thing among them.
  3. "The LORD is righteous, yet I rebelled against his command. Listen, all you peoples; look upon my suffering. My young men and maidens have gone into exile.
  4. "I called to my allies but they betrayed me. My priests and my elders perished in the city while they searched for food to keep themselves alive.
  5. "See, O LORD, how distressed I am! I am in torment within, and in my heart I am disturbed, for I have been most rebellious. Outside, the sword bereaves; inside, there is only death.
 
 
  1. Necə ah-zar çəkdiyimi eşidiblər, Amma mənə təsəlli verən yoxdur, Düşmənlərim bu əziyyətimdən xəbər tutdu, Onlar başıma gələnlərə sevinir, Elan etdiyin günü yetir! Qoy onlar mənim vəziyyətimə düşsün.
  2. Etdikləri pislikləri yada sal, Üsyankarlığıma görə mənə etdiyini onlara da et, Çox ah-nalə çəkirəm, Ürəyim taqətdən düşüb.
  1. "People have heard my groaning, but there is no one to comfort me. All my enemies have heard of my distress; they rejoice at what you have done. May you bring the day you have announced so they may become like me.
  2. "Let all their wickedness come before you; deal with them as you have dealt with me because of all my sins. My groans are many and my heart is faint."
 
   
  irəli  1  2  3  4  5   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.