Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12   qeri  
  -1   [font9]   +1  
DANİEL 3 [Azerbaycan]   
 
  1. Padşah Navuxodonosor bir qızıl heykəl düzəltdi. Onun hündürlüyü altmış qulac, eni altı qulac idi. Onu Babil vilayətində olan Dura çölündə qoydu.
  2. Sonra padşah Navuxodonosor canişinləri, əmirləri, valiləri, müşavirləri, xəzinədarları, hakimləri, vəkilləri, xülasə, bütün vilayətlərin məmurlarını toplamaq üçün xəbər göndərdi ki, qoyduğu heykəlin həsretmə mərasiminə gəlsinlər.
  3. O zaman padşah Navuxodonosorun qoyduğu heykəlin həsretmə mərasiminə canişinlər, əmirlər, valilər, müşavirlər, xəzinədarlar, hakimlər, vəkillər, xülasə, bütün vilayətlərin məmurları toplaşdı.
  4. Carçı ucadan elan etdi: «Ey müxtəlif xalqlara, millətlərə və dillərə mənsub adamlar, sizə əmr olunur ki,
  5. şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən vaxt yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə edəsiniz.
 
 
  1. Kim yerə əyilib səcdə etməsə, o saat odla qızmış sobanın içinə atılacaq».
  2. Beləliklə, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə etdi.
  3. Elə bu vaxt bəzi Xaldeyli müdriklər Yəhudiləri ittiham etdi.
  4. Onlar padşah Navuxodonosora dedi: «Qoy padşah həmişə sağ olsun,
  5. sən əmr etmisən ki, şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən hər kəs yerə əyilib qızıl heykələ səcdə etsin.
 
 
  1. Kim yerə əyilib səcdə etməsə, odla qızmış sobanın içinə atılacaq.
  2. Sənin Babil vilayətinə məmur qoyduğun Şadrak, Meşak və Aved-Neqo adlı Yəhudilər var. Ey padşah, bu adamlar sənə itaət etmir, sənin allahlarına xidmət etmir və qoyduğun qızıl heykələ səcdə etmir».
  3. O zaman Navuxodonosor qızğın qəzəblə əmr etdi ki, Şadrakı, Meşakı və Aved-Neqonu gətirsinlər. Bu adamlar padşahın hüzuruna gətirildi.
  4. Navuxodonosor onlara dedi: «Ey Şadrak, Meşak və Aved-Neqo, bu doğrudur ki, siz mənim allahlarıma qulluq etmirsiniz? Mənim qoyduğum qızıl heykələ səcdə etmirsiniz?
  5. Yaxşı olar ki, indi şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib düzəltdiyim heykələ səcdə edəsiniz. Əgər səcdə etməsəniz, o saat odla qızmış sobaya atılacaqsınız. O zaman sizi hansı allah mənim əlimdən qurtara bilər?»
 
 
  1. Şadrak, Meşak və Aved-Neqo padşaha cavab verdi: «Ey Navuxodonosor, bizim bu iş üçün sənin önündə özümüzü müdafiə etməyimizə ehtiyac yoxdur.
  2. Ey padşah, əgər belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq.
  3. Sənə məlum olsun ki, ey padşah, əgər belə olmasa da, biz sənin allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik».
  4. O zaman Navuxodonosor bərk qəzəbləndi və Şadraka, Meşaka, Aved-Neqoya qarşı siması dəyişdi. O əmr etdi ki, sobanı adətən qızdırdıqlarından yeddi dəfə artıq qızdırsınlar.
  5. Ordusunun ən güclü əsgərlərinə əmr etdi ki, Şadrakın, Meşakın və Aved-Neqonun əl-qolunu bağlayıb onları odla qızmış sobaya atsınlar.
 
 
  1. Onda əyinlərində cübbə, şalvar, çalma və başqa paltarlar olan bu adamların əl-qolunu bağladılar və odla qızmış sobaya atdılar.
  2. Padşahın əmri qəti idi. Soba həddindən artıq qızdırıldığı üçün alovun dilləri Şadrakı, Meşakı və Aved-Neqonu oda atan adamları öldürdü.
  3. Bu üç nəfər – Şadrak, Meşak və Aved-Neqo isə əl-qolları bağlanmış halda odla qızmış sobanın içinə yıxıldı.
  4. O zaman padşah Navuxodonosor heyrətə gəlib tez ayağa qalxdı və öz müşavirlərinə dedi: «Biz üç nəfər əl-qolu bağlanmış adamı oda atmadıqmı?» Onlar cavabında padşaha dedi: «Doğrudur, ey padşah!»
  5. O dedi: «Budur, mən odun içində əl-qolu bağlanmamış dörd nəfərin gəzdiyini görürəm və onlara heç nə olmur. Onlardan dördüncüsü allahların oğluna bənzəyir».
 
 
  1. O zaman Navuxodonosor odla qızmış sobanın astanasına yaxınlaşdı və səsləyib dedi: «Ey Allah-Taalanın qulları Şadrak, Meşak və Aved-Neqo! Çıxın və buraya gəlin». Onda Şadrak, Meşak və Aved-Neqo odun içindən çıxdı.
  2. Ətrafa toplaşmış canişinlər, əmirlər, valilər və padşahın müşavirləri gördü ki, od bu adamların bədəninə heç bir zərər vurmayıb: nə onların saçları yanmış, nə də paltarları dəyişmişdi, hətta odun hisi də onlara hopmamışdı.
  3. Onda Navuxodonosor dedi: «Şadrakın, Meşakın və Aved-Neqonun Allahına şükür olsun ki, Öz mələyini göndərib Ona arxalanan qullarını xilas etdi. Onlar padşahın əmrinə qarşı çıxıb özlərini qurban vermək istədilər ki, özlərinin Allahından başqa bir allaha qulluq yaxud səcdə etməsinlər.
  4. Mən fərman verirəm ki, Şadrakın, Meşakın və Aved-Neqonun Allahına küfr edən hər xalqa, millətə və dilə mənsub olan adam parça-parça ediləcək və onların evləri zibilliyə çevriləcək, çünki bu cür xilas edən başqa bir allah yoxdur».
  5. O zaman padşah Babil vilayətində Şadrakın, Meşakın və Aved-Neqonun vəzifələrini yüksəltdi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.