|
- Dara qərara aldı ki, ölkəyə başçılıq etmək üçün padşahlığın bütün ərazisinə yüz iyirmi canişin təyin etsin,
- onlara isə üç vəzir başçılıq etsin. Bu canişinlər onlara hesabat versin, padşaha da ziyan dəyməsin. Həmin üç vəzirdən biri Daniel idi.
- Bu adam – Daniel başqa vəzirlərdən və canişinlərdən üstün idi, çünki o, iti ağla malik idi. Buna görə də padşah qərara gəlmişdi ki, onu bütün ölkəyə başçı qoysun.
- Belə olanda vəzirlər və canişinlər Danieli ölkənin idarə işlərində ittiham etmək üçün bir bəhanə axtarmağa başladılar, ancaq heç bir bəhanə və təqsir tapa bilmədilər, çünki Daniel etibarlı idi və onda heç bir səhv yaxud təqsir tapılmadı.
- Nəhayət, bu adamlar dedi: «Əgər bu adamın – Danielin Allahının dinində onun əleyhinə bir şey tapmasaq, ona qarşı bir bəhanə tapa bilməyəcəyik».
|
|